Cümə , Aprel 26 2024
Ana səhifə / 2018 / İyun (səhifə 76)

Monthly Archives: İyun 2018

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırdı

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75-2,0%-dək artırıb. Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi …

Ətraflı oxu »

Yağış respublika əhəmiyyətli daha bir yolu sıradan çıxara bilər

Şamaxıda yenidən ərazilərdə sürüşmə zolağı aktivləşib. Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonası yaranıb. Torpağın sürüşməsi nəticəsində dörd kəndin mərkəzlə əlaqəsi çətinləşib. Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb. Şamaxı-Qızmeydan avtomobil yolunda sürüşmə zonası Son bir həftədə Şamaxıya yağan güclü leysan yağışlarından sonra Qızmeydan avtomobil yolunun daha iki hissəsində böyük …

Ətraflı oxu »

Zülfüqarov Qarabağ danışqılarının nə yerdə olduğuna aydınlıq gətirdi

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma “rejim” arasında gərginlik yaşanır. Vəziyyət o yerə çatıb ki, qondarma rəhbərliyin “güc strukturları”nın “istefa verməsi” ilə nəticələnib. İş o yerə çatıb ki, yerli əhalinin ayağa qalxmasından qorxan “DQR” “prezidenti”, işğalçı rejiminin başçısı Bako Saakyan 2020-ci ildə keçiriləcək …

Ətraflı oxu »

Azər Mirzəyev: “11 ildir Federasiyada seçkilər keçirilmir”

Bir müddət öndə Naxçıvan Şahmat Federasiyasının sabiq əməkdaşı beynəlxalq qrossmeyster Azər Mirzəyev saytımıza şikayət məktubu göndərərək səbəbsiz yerə işdən çıxarıldığını qeyd etmişdi. Əməkdaşımız Azər Mirzəyevlə əlaqə saxlayaraq işlərinin nə yerdə olduğunu öyrənib.  Offsideplus.az-a danışan beynəlxalq qrossmeyster Azər Mirzəyev Naxçıvan Şahmat Federasiyasının ona olan borcunu ödədiyini söyləyib. “Məqalə dərc olunduqdan sonra …

Ətraflı oxu »

Türkiyəli hakim dünya çempionatının oyununa təyinat alıb

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb. “Report”un məlumatına görə, A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra kömək edəcək. B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın …

Ətraflı oxu »

Azərbaycanlı deputata qarşı zorakılıq ittihamı irəli sürülüb

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb. Bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib. O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: “Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat …

Ətraflı oxu »

Əflatun Amaşov: “Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonun yaranandan sonra dövlət çap mediasına dəstək göstərir. Hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Lakin məsələ öz həllini tapmayıb. Saytların əhəmiyyətinin böyüklüyü, Azərbaycana qarşı informasiya müharibəsində rolu danılmazdır. Hazırda reklam …

Ətraflı oxu »

Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən istefa verib. AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Kvirikaşvili istefa qərarını bu gün keçirdiyi brifinqdə açıqlayıb. “Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün vəzifəmi tərk edirəm”, – deyə Kvirikaşvili bəyan edib. Qeyd edək ki, son ay ərzində bir neçə dəfə …

Ətraflı oxu »

Əhalinin əsas xərcləri nələrədir? – Siayhı

2018-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 13,7 milyard manata bərabər olub. Azinforum.az Trend-ə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və …

Ətraflı oxu »