Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən istefa verib.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Kvirikaşvili istefa qərarını bu gün keçirdiyi brifinqdə açıqlayıb.
“Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün vəzifəmi tərk edirəm”, – deyə Kvirikaşvili bəyan edib.

Qeyd edək ki, son ay ərzində bir neçə dəfə Gürcüstanda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların əsas tələbi baş nazirin istefası idi.

Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …