Şənbə , Aprel 27 2024
Ana səhifə / 2017 / Dekabr (səhifə 160)

Monthly Archives: Dekabr 2017

 Güneyli deputatdan fars mətbuatına ağır cavab: – “Qarabağ Azərbaycanındır”

İranın Urmiya millət vəkili Nadir Qazipur fars mətbuatına açıqlama verən Dağlıq Qarabağdakı separatçı rejimin “nazir’i Masis Mayılyana cavab verib. Yenicag.az xəbər verir ki, Nadir Qazipur Qarabağ məsələsinin sülh yolu ilə həllini dəstəklədiklərini bildirib: “Fəqət bizim istəyimiz Azərbaycan dövləti və millətinin Qarabağa geri qayıtmaq arzusunun gerçəkləşməsidir. Əgər orada referendum olacaqsa, ondan …

Ətraflı oxu »

“Ərdoğanın adını çək, azad ol, yoxsa bir daha günəş üzü görə bilməzsən” – Zərrabın sensasion ifadəsi yayıldı

“Casusluq” istintaqı çərçivəsində Türkiyədəki bütün mal -mülkünə həbs qoyulan və ABŞ-da hazırda şahid kimi ifadə verməyə davam edən Rza Zərrab Amerikaya getməmişdən 1 ay əvvəl, daha dəqiqi, 11 fevral 2016-cı ildə şahid kimi prokurorluğa izahat veribmiş. Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, FETÖ-cülərin 2013-cü ilin 17-25 dekabr (Həmin tarixdə Zərrabın nazirlərə rüşvət …

Ətraflı oxu »

Hacı Məmmədovun sirr kimi intiharı – qanqsterə layiq ölüm, yoxsa…

Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsindəki kamerasında Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun özünü asması gündəmin əsas mövzusuna çevrilib. Məlumata görə, H.Məmmədov dekabrın 3-də, axşamüstü 5-6 radələrində boynuna dolanan mələfənin dartılması nəticəsində əmələ gələn asfiksiya – boğulma nəticəsində həyatla vidalaşıb. Əsasən vərəmli …

Ətraflı oxu »

Vasif Abışov Moskvada azyaşlı uşağı vuraraq qaçan sürücünü yaxalayıb

Moskvada taksi xidməti göstərən azərbaycanlı Vasif Abışov Altufyev şosesində bir ailənin 3 üzvünü maşınla vuran sürücünün qaçmasına imkan verməyib. Rusiya KİV-i xəbər verir ki, faicə dekabrın 3-də “Altufyevo” ticarət mərkəzi yaxınlığında baş verib. 29 yaşlı ər və arvad 3 yaşlı oğulları ilə işıqforun piyadalar üçün yanan yaşıl işığından yolu keçən …

Ətraflı oxu »

“Ziya Məmmədov mənə dedi ki, çaşarsan ha birdən…”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı kimi tanınan Yaşar Məmmədovu tutduğu vəzifədən azad edib. “Qafqazinfo” məsələ ilə bağlı Y. Məmmədovun Unikal.org-a verdiyi müsahibəni təqdim edir:  – Tutduğunuz vəzifədən azad olundunuz. Bu barədə nə deyə bilərsiniz? – Əvvala qeyd edim ki, mən prezident …

Ətraflı oxu »

Hacının dəfn olunacağı tarix və məkan dəyişdi

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dekabrın 5-də dəfn ediləcək. AZinforum.az  xəbər verir ki, bu barədə Trend-ə H.Məmmədovun bacısı Arifə Məmmədova məlumat verib. A.Məmmədova bildirib …

Ətraflı oxu »

Diaspor rəhbərinin oğlu həlak oldu

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib. Azinforum.az APA-ya istinadən xəbər verir ki, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb. Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir. …

Ətraflı oxu »

İntihar edən 12 yaşlı məktəblinin məktubu hamını şoka saldı – Mətn

Xəbər verdiyimiz kimi, Ağdaşda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.  12 yaşlı İsmayılın ailəsinə yazdığı məktub dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun intiharına görə daha çox valideynlərini qınayıb. “Qafqazinfo” həmin məktubu təqdim edir:

Ətraflı oxu »

Azərbaycan müharibə hazırlığı içində – Türk generalların Bakı səfərləri intensivləşir

Türkiyə ordu generalının ardınca general-leytenant Yavuz Türkgencinin başçılıq elədiyi nümayəndə heyəti bu gün ölkəmizə gəlir; erməni təxribatlarına ən layiqli cavab Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini ən yüksək səviyyəyə çatdırmaqdır… Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, iclasda nümayəndə heyətləri …

Ətraflı oxu »

İlqar Məmmədovun həyatını dəyişdirə biləcək gün

REAL sədri həbsdən azad edilməzsə, ölkəmiz Avropa Şurasından çıxarılma təhlükəsi ilə üzləşə bilər  Azərbaycan hökumətinin REAL sədri İlqar Məmmədovla bağlı son iki ayda üzləşdiyi ciddi problem üçün son kritik gün 5 dekabrdır. Belə ki, Avropa Şurası Nazirlər Komitəsi REAL sədri ilə bağlı Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsini yerinə yetirib-yetirməməsinə dair …

Ətraflı oxu »