Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Vasif Abışov Moskvada azyaşlı uşağı vuraraq qaçan sürücünü yaxalayıb

Vasif Abışov Moskvada azyaşlı uşağı vuraraq qaçan sürücünü yaxalayıb

Moskvada taksi xidməti göstərən azərbaycanlı Vasif Abışov Altufyev şosesində bir ailənin 3 üzvünü maşınla vuran sürücünün qaçmasına imkan verməyib. Rusiya KİV-i xəbər verir ki, faicə dekabrın 3-də “Altufyevo” ticarət mərkəzi yaxınlığında baş verib.

29 yaşlı ər və arvad 3 yaşlı oğulları ilə işıqforun piyadalar üçün yanan yaşıl işığından yolu keçən zaman onları yüksək sürətlə hərəkət edən “Skoda Octavia” markalı avtomobil vurub. Nəticədə ailənin bütün üzvləri ağır xəsarətlər alıb, sonradan uşaq dünyasını dəyişib.Şahidlərin sözlərinə görə, hadisəni törədən sürücü ərazidən uzaqlaşaraq qaçmağa cəhd göstərib. Lakin bu ona nəsib olmayıb. Hadisə şahidi olan Vasif Abışov “Hyundai Solaris” markalı maşını ilə onu təqib etməyə başlayıb.

Vasifin sözlərinə görə, o, “Skoda Octavia”nın ardınca bir neçə kilometr yol gedib. Avtomobilin dövlət qeydiyyat nişanı çirkli olduğundan, Vasif maşını gözdən itirəcəyindən ehtiyatlanıb. Nəhayət o, maşının qarşısını alaraq sürücünü dayandıra bilib. Taksi sürücüsü maşının qapısını açdıqda, hadisəni törədən şəxs o qədər sərxoş olub ki, yerə yıxılıb. Daha sonra Vasif onu öz maşınına əyləşdirərək polis çağırıb.

Ekspertiza müəyyən edib ki, faciə baş verən zaman sürücünün qanında 1 promille alkoqol olub.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …