Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / ÜST: Koronavirus pandemiyaya çevrilə bilər

ÜST: Koronavirus pandemiyaya çevrilə bilər

Dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “Twitter”dəki səhifəsində yazı paylaşıb:

“Hazırda “pandemik” sözünü işlətmək faktlara uyğun gəlməsə də, mövcud vəziyyət, əlbəttə ki, qorxu yaratmalıdır. Dünyamız ikiqütblü, yaxud ağ-qara deyil. Biz səylərimizi əngəlləməyə yönəltməli və pandemiya ehtimalına hazır olmaq üçün əlimizdən gələni etməliyik”.

Koronavirusa qarşı universal çarənin olmadığını qeyd edən təşkilat rəhbəri hər ölkənin konkret vəziyyətə görə təhlükəni qiymətləndirməsinin vacibliyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …