Şənbə , Aprel 27 2024
Ana səhifə / Tibb / Qan təzyiqini aşağı salmağın təsirli üsulu açıqlandı

Qan təzyiqini aşağı salmağın təsirli üsulu açıqlandı

“Qan təzyiqini normallaşdıran kalium bir neçə mövcud qidada olur”.
Yeniavaz.com “The Sun”a istinadən xəbər verir ki, bu barədə “Corc” Tədqiqat İnstitutunun diyetoloqu Lipinq Huanq bildirib.
Huanqın sözlərinə görə, çoxlu kalium meyvə-tərəvəz, paxlalılar, qoz-fındıq və yarpaqlı göyərtilərdə var:
“Xüsusilə banan, kivi və xurmada çox miqdarda kalium olur. Bundan əlavə, adi duzu kalium olan duzla əvəz etməyi məsləhət görürəm. Bu, insult riskini 14 faiz və ürək xəstəliyi riskini 13 faiz azaldır”.
Huanq bu cür məlumatları 20 mindən çox insanın iştirak etdiyi araşdırmaya istinad edərək bildirib. Beş il ərzində onlar adi duz əvəzinə kalium tərkibli duz istehlak ediblər. Tədqiqat göstərib ki, xəstələrin qan təzyiqi pəhrizdə kaliumun miqdarının artması səbəbindən azalıb.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …