Şənbə , Aprel 27 2024
Ana səhifə / Tibb / Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortaya nə vaxt daxil ediləcək?

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortaya nə vaxt daxil ediləcək?

Onkoloji xəstəliklərlə bağlı tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi üzrə müvafiq qurumlarla müzakirələr aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyindən bildirilib.

Qeyd edilib ki, tibbi xidmətlə bağlı mövcud vəziyyət, tibbi statistik məlumatlar təhlil edilir.

“Tibbi xidmət Xidmətlər Zərfinə daxil edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”, – deyə əlavə edilib.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin hələ də icbari sığorta sahəsində əhatə olunmaması problemdir.

“Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi ilə görüşlərimiz keçirilib. Ümid edirəm ki, tezliklə bu məsələ həllini tapacaq.

Onkoloji xəstəliklərin müalicəsi böyük vəsait tələb edən məsələdir və düşünürəm ki, bu da icbari tibbi sığorta tərəfindən qarşılanmalıdır”, – deyə o, əlavə edib.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …