Şənbə , Aprel 27 2024
Ana səhifə / Tibb / Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

Ölkədə uşaqlarda refraks patologiyası geniş yayılıb

Azərbaycanda ümumi oftalmoloji müayinələr zamanı insanlarda ən çox refraks patologiyasına (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) rast gəlinir.

Oxu.Az xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün refraks patologiyası uşaqlar arasında daha çox yayılıb:

“İki yaşınadək uşaqların planşet, telefon və televizorlardan tez-tez istifadəsinə məhdudiyyət qoyulmalıdır. Texnologiya vasitələrindən qaydasız şəkildə istifadə edilməsi uşaqlarda görmə sindromuna səbəb olur.

Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanma da önəmlidir. Bununla yanaşı, kitab oxuyan zaman uşaqla kitab arasındakı məsafə ən az 30 sm olmalıdır. Valideyn və pedaqoqların buna xüsusi diqqət etməsi önəmlidir.

Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”.

Y.Abdıyeva onu da əlavə edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməzsə, bu rəqəm 80 milyona çata bilər.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …