Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / Çek verməyən tibb müəssisələri cərimələnəcək

Çek verməyən tibb müəssisələri cərimələnəcək

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır.

“Medicina” xəbər verir ki. özəl tibbi praktika – ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan xüsusi razılıq əsasında müvafiq ixtisasa uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır.
Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq.
Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …