Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Hacı Mazan məhkəmədə uduzdu, qanunsuz əməlləri üzə çıxdı

Hacı Mazan məhkəmədə uduzdu, qanunsuz əməlləri üzə çıxdı

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov məhkəmədə uduzub.

Belə ki, Nəsimi rayon məhkəməsi onun “lift əməliyyatının” qanunsuz olduğu barədə qərar qəbul edib.

Belə ki, məhkəmə Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada R. Zeynalovun digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və maneələrin qeyri-qanuni olduğu qənaətinə gəlib.
Qərarda tələb olunur ki, Hacı Mazanın liftə tətbiq etdiyi kilid sistemi dərhal ləğv edilməlidir.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binasında Hacı Mazanın liftə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verməsi sakinlərin ciddi narazılığına səbəb olmuşdu.

Bundan başqa, onun beş mənzilinin və mansardın işıq pulunu, kommunal xərclərini bina sakinlərinin hesabına ödətməsi,mənzillərinə qanunsuz işıq xətləri çəkdirməsi, eyni zamanda, mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsi də böyük səs-küy yaratmışdı.

BakuPost

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …