Şənbə , Aprel 27 2024
Ana səhifə / Tibb / Əməliyyat zamanı ölən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? – AÇIQLAMA

Əməliyyat zamanı ölən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? – AÇIQLAMA

Ağır xəstəlik keçirən xəstələrin müalicəsi üçün çox zaman cərrahi əməliyyat tələb olunur. Cərrahi əməliyyatlarınsa qiyməti kifayət qədər bahadır.

Bahalıq məsələnin bir tərəfidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi odur ki, bir çox hallarda xəstə əməliyyatdan sağ çıxmır. Bu zamansa nəticədən narazı qalan xəstə yaxınları ödənilən vəsaiti geri tələb edir. Xəstəxana isə ödənişi geri ödəməkdən imtina edir.

Bəs, bu problemin yaşanmaması üçün xəstə yaxınları nə etməlidir?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli Bizim.Media-ya bildirib ki, xəstə və onun yaxınları bir məsələdə çox diqqətli olmalıdır:

“Xəstə ağır cərrahi əməliyyata girərkən onun yaxınları ilə tibb müəssisəsi arasında müqavilə bağlanır. Bu normal prosedurdur. Amma cərrahi əməliyyat uğursuz keçəndən sonra xəstə ilə tibb müəssisəsi arasında ciddi problemlər yaranır.

Bu əsasən xəstə yaxınlarının ödədiyi pulun geri qaytarılması tələbi ilə bağlı olur. Ona görə də xəstə yaxınları imzaladıqları müqaviləni diqqətlə oxumalı və hansı məsuliyyətin altına girdiklərini bilməlidirlər. Tez-tələsik müqaviləyə qol çəkən xəstə yaxınının sonradan hansısa məsələ baradə narazılıq etməsi hüquqi baxımdan doğru deyil”.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …