Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Zakir Fərəcov Sumqayıt səhiyyəsi qarşısında tələb qoydu…

Zakir Fərəcov Sumqayıt səhiyyəsi qarşısında tələb qoydu…

Moderator.az xəbər verir ki, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçiləri ilə görüşüb. Şəhər rəhbəri bəzi xəstəxanalarda hələ də xoşagəlməz və neqativ halların davam etdiyini vurğulayıb.

Əsasən doğum evlərində rüşvət hallarının olması, qanunsuz abortların aparılması, tibb işçilərinin xəstələrlə davranışlarında yol verdikləri nöqsanlara toxunan icra başçısı, bəzi xəstəxanaların təmirsiz olduğunu da diqqətə çatdırıb.
Z. Fərəcov yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə həkim müayinələri təşkil edilməsini, şəhər sakinlərinin ildə iki dəfə bu müayinədən keçməli olduğunu qeyd edib və bunu tibb işçiləri qarşısında bir tələb kimi qoyub.
Şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev çıxış edərək, səhiyyədə baş verən neqativ halların aradan qaldıracağına söz verib

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın