Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Yarmarkalarda qiymətlər “od tutub yanır”, məhsullar keyfiyyətsizdir – REPORTAJ

Yarmarkalarda qiymətlər “od tutub yanır”, məhsullar keyfiyyətsizdir – REPORTAJ

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları fəaliyyət göstərir. Dekabrın 31-dək davam edəcək yarmarkada məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısını almaqdır.

Modern.az saytının əməkdaşları Nərimanov rayonunda,  Keşlə bazarında təşkil olunan yarmarkada olub.

Yeni il qabağı olmasına baxmayaraq, bazarda sıxlıq müşahidə olunmurdu. Satıcıların əksəriyyəti narazılıq edirdi. Saleh adlı satıcının sözlərinə görə, bayram ərəfəsi olmasına baxmayaraq alver çox zəifdir: “Yarmarkalar açılandan burada meyvə satıram. Amma bazar çox zəifdir. Yeni ilə az qalsa da alıcılar gəlmirlər”.

Müşahidəmiz zamanı məlum oldu ki, yarmarkadakı məhsulların qiyməti bazardakılardan o qədər fərqli deyil. Alıcıların yarmarkalara maraq göstərməməsinin səbəbi də bu ola bilərdi. Bundan əlavə, yarmarkalarda alıcılara təklif olunan məhsullar keyfiyyət baxımından da yaxşı deyildi.

Digər müşahidəmizə görə, yarmarkadakı lövhələrdə yazılan qiymətlərlə piştaxtaların üzərindəki məhsulların əksəriyyətinin qiyməti uyğun gəlmirdi. Məsələn, pomidor və xiyarın lövhədə və piştaxtanın üzərindəki qiymətində ən azı 50 qəpik fərq vardı. Yumurtanın qiyməti lövhədə 15 qəpik yazılsa da, 25 qəpiyə satılırdı.

Bizimlə həmsöhbət olan alıcı Namiq Əliyev də qiymətlərdən narazılığını gizlətmədi: “Bazarda qiymətlərin baha olduğu bəllidir. Adama elə gəlir ki, yarmarkadakı qiymətlər nisbətən aşağı ola bilər. Amma burada satılan meyvələri evdə qonağın qabağına qoymaq olmaz”.

Qeyd edək ki, Bakı şəhərində yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunub:

  1. Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

    2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanı, stadionun yaxınlığı;

    3. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 534.

  2. Nərimanov rayonu, Keşlə bazarı;
  3. Xətai rayonu, Əhmədli, Bakı kino teatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi.

yumu

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın