Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Xoşqədəmdən Zaura atmaca: “Ev, maşın vermirik”

Xoşqədəmdən Zaura atmaca: “Ev, maşın vermirik”

Teleaparıcı Xoşqədəm Hidayətqızı “Xəzər” TV-də aparıcısı olduğu “Səni axtarıram” verilişində ad çəkməyərək, Zaur Baxşəliyevə söz atıb.

Musavat.com xəbər verir ki, o, əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan “Bizimləsən” verilişində insanlardan kömək istəməsi və yığılan məbləğlə evinin ipotekasını ödəməsinə toxunub: “Biz verilişdə ev, maşın vermirik. Bunlar üçün başqa ünvanlara üz tuta bilərsiniz. Ümid edirəm ki, gözü tərəzi olan xalqım həqiqətən xəstə olan insanlara yardım edəcək”.

X.Hidayətqızı toplanan ianələrin miqdarının efirdə açıqlanmasının düzgün olmadığını bildirib: “İnsanın etdiyi maddi yardımın miqdarını özü istəmədən açıqlamaq düzgün deyil. Mən bunu qeyri-etik hərəkət sayıram”.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …