Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes /  Xocalı faciəsini birlikdə qan verməklə yad edək! – AKSİYA

 Xocalı faciəsini birlikdə qan verməklə yad edək! – AKSİYA

“LAYF” Xeyriyyə İctimai Birliyi bu il Xocalı faciəsinin qurbanlarının xatirəsini qanvermə aksiyaları keçirməklə yad edəcək. Bu qan aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar.
Xocalı qurbanlarının anımına həsr olunmuş qan aksiyalarının təşkil edilməsində məqsəd Xocalı faciəsində amansızca qətlə yetirilmiş insanların xatirəsinin birlikdə yad edilməsi, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddan çıxarılmayacağının diqqətə çatdırılması, dünya birliyinin susduğu bu cinayət qarşısında xalqımızın həmrəyliyinin, birliyinin nümayiş etdirilməsi, humanist duyğuların inkişaf etdirilməsi, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza ictimai diqqət və qayğının artırılması, eyni zamanda könüllü və mütəmadi qan donorluğunun təbliğ edilməsidir.
Qan aksiyalarının “LAYF” Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, “Qaraçay Holdinq”in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulmuşdur.

Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 Fevral 2016-cı il tarixində saat 1000 -dan 1630 -a qədər M. K. Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq Federasiyasının mərkəzində baş tutacaq.

Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 Fevral 2016-cı ildə saat 10 00 -dan 16 30 -a qədər “Qaraçay Holdinq”in Xudu Məmmədov 4 c ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək. Qan aksiyalarında toplanılan qanların irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza heç bir qarşılıq gözlənilmədən verilməsi nəzərdə tutulmuşdur. Unutmayaq ki, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın sağlam həyat sürmələri üçün müntəzəm olaraq təzə qan əldə etmələri vacibdir. Qan aksiyaları da onların ehtiyacı olan qanla təmin edilməsinin ən asan yoludur.

Hər kəsi qan aksiyasında iştirak etməyə çağırırıq. Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilmiş vətəndaşlarımızın ruhunu qan verib, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza həyat (qan) bəxş etməklə yaşadacağıq.

 

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın