Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Xatundan Oksanaya irad: “Susun, ədəbli olun”

Xatundan Oksanaya irad: “Susun, ədəbli olun”

Müğənni Xatun Əliyeva rəqqasə Oksana Rəsulovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, ifaçı haqqında səsləndirilən tənqidi fikirlərə sosial şəbəkə vasitəsilə cavab verib.

“Maşın” şouda yarışan Xatunun fikirlərini prodüseri  paylaşıb: “Qısa yazacağam. Mənim sizin kimi uzun yazmağa vaxtım yoxdur. Vaxtımı daha vacib əməllərə, önəmli insanlara xərcləyirəm. Sözüm klaviatura arxasında qəhrəmanlaşanlaradır. Oyunu həyata gətirməyin, həyatda da “oyunçu” olduğunuzu çox bəlli edirsiz! Susun, ədəbli olun. Mən danışsam, susdursam, sizə heç xoş olmayacaq”.

Qeyd edək ki, rəqqasə Oksana Rəsulova müğənni Xatun Əliyevanın keçmiş həyat yoldaşı Elşad Xoseyə “Mənə heç kəs ağıl verə bilməz. Mənim sənin qədər işçim var” deməsinə sərt reaksiya bildirmişdi: “Bağışlayın, artıq susa bilmirəm. Xatun, “mənim sənin qədər işçim var” nə deməkdir? Mən bitərəf mövqedə deyiləm, amma sənin elə Elşad Xose qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban nə oldu, bəs əlinizi çəkmək istəyirdiz? Can yandırıb özünüz onun yerinə getmək istəyirdiniz. Bir də, kimin işçisi, kimin qulluqçusu var. Adama deyərlər pulunuz var? Lap yaxşı, lovğalanmaq lazım deyil. Belə duxunuz çatırdı, əlinizi götürüb gedərdiniz. Boş-boş danışıb aranı qızışdırmaq lazım deyil. Ən zəhləm gedən şey, yalan və haqsızlıqdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …