Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Xanım müğənnilərin içki məclisi kabusu: “Söyüş də söyürlər, bıçaq da çəkirlər”

Xanım müğənnilərin içki məclisi kabusu: “Söyüş də söyürlər, bıçaq da çəkirlər”

Müğənni Mətanət Əsədovanın kişi məclisində içki içməsi və söyüşdən istifadə olunduğu halda, məkanı tərk etməməsi bir müddətdir ki, mediada və sosial şəbəkədə müzakirə olunur. İfaçı içdiyinin limonlu su olduğunu desə də, insanların onu tənqid etməsinin qarşısını ala bilməyib. Sənət dostları isə Əsədovaya dəstək olub və ünvanına xoş sözlər deyiblər.

Bəs, digər xanım müğənnilər məclislərə gedərkən nələrə diqqət edirlər? İçki və kişi məclislərindən yan keçirlərmi?

Musavat.com müğənnilər arasında sorğu keçirib.

Meyxanaçı Samirə bildirib ki, məclislərdə başlarına xoşagəlməz hadisələr çox gəlir: “Mətanətin başına gələnlərə üzülürəm. Hər kəsin şəxsi həyatı var, kiməsə dəxili yoxdur. Guya, Mətanəti qınayanların anası-bacısı şampan içməyib? Elə məclis olur, məcbursan, içki qədəhini qaldırıb, toqquşdurub, sonra yerə qoyasan. Biz məclislərdə o qədər söyüş eşidirik ki… Qızla oğlan evi dalaşır, bir-birilərini söyürlər, bıçaq çəkirlər. Bu əlimizdə olan bir şey deyil. Bəzi məclisləri və mərdimazar adamları yola vermək lazımdır. Mən isə kiminsə məni çəkdiyini görəndə məclisdən çıxıram. Meyxana deyənəm, adətən meyxanada vulqar sözlər istifadə olunur. Mən isə vulqar sözlər istifadə etməkdən çəkinirəm. Qorxuram ki, məni çəkib, videomu yayarlar. Mətanətə gəldikdə isə onun gözəl səsindən, sənətkarlığından danışın”.

Картинки по запросу Meyxanaçı Samirə

Müğənni Sevda Sanaliyeva deyib ki, dəvət aldığı məclislərə qarşı seçici davranmağa çalışır: “Bizim getdiyimiz məclislərin 1-i içkisiz olursa, 9-u içkili olur. Bu belədir, danmaq olmaz. Mən seçici davranmağa çalışıram. Məclis sahibinə diqqət edirəm. Amma kimin harada başına nə gələcəyini bilmirik. Mən məclisə gedəndə musiqiçilərin yanında dayanıram, oxuyuram, sonra məclisdən çıxıram. Əyləşmirəm heç vaxt, əyləşmərəm də. Böyük danışmaq istəmirəm, amma daim diqqətli davranmağa çalışıram. Kimisə qınamağı düzgün hesab etmirəm. Sabah elə xətri əziz adamın məclisi olar ki, getməyə bilməzsən və başına xoşagəlməz hadisə gələr”.

Meyxanaçı Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə bildirib ki, daim özünü ətrafdakı insanlardan qorumağa çalışır:  “Mən məclislərə Pərviz Bülbülə ilə də, tək də getsəm, özümü qorumağa çalışıram. Mərdimazarın kim olacağını bilmirsən. Əvvəllər nələrəsə diqqət etmirdim, hamıya güvənirdim. İndi yaxın bildiklərimdən də özümü qoruyuram. O boyda sənətkara nələr etdilər, mənim də başıma gəlməsindən qorxuram. Ona görə məclisə girib oxuyub, çıxıram. Heç kimlə oturmuram”.

Похожее изображение

Müğənni Leyla Ramazanlı da getdiyi məclisləri öncədən araşdıranlardandır: “Əlbəttə, seçici davranıram. Amma kimdən pislik gələcəyini bilmək olmur. Sənət adamları daim gündəmdədir. Bəzən yaxşı əməlləri də tənqid olunur. Ona görə də heç kimi qınamaq olmur. Sənət adamlarını gözdən salmaq istəyənləri qınayıram”.

 

Картинки по запросу Müğənni Leyla Ramazanlı

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …