Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Video ilə şantaj olunan Xalq artistindən açıqlama: “Bilsəydim…”

Video ilə şantaj olunan Xalq artistindən açıqlama: “Bilsəydim…”

Xəbər verdiyimiz kimi, Xalq artisti Kazım Abdullayev şantaj olunur.

Kazım Abdullayev deyib ki, son vaxtlar onu erotik videolarla şantaj edirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor təhdid mesajlarının kimdən gəldiyini bilmədiyini deyib:

“Vallah, bilmirəm bu mesajları kimlər göndərir. Bilsəydim, hüquq-mühafizə orqanlarından yardım istəməzdim. 

Hələ ki, araşdırma aparılır, ona görə indidən heç nə demək istəmirəm. Təxminən 1 həftədən çoxdur bu cür təhdid mesajları alıram. Polisə müraciət etmişəm”.

Qeyd edək ki, təhdid mesajlarını göndərən şəxs sənətçidən pul tələb edib və pulu ödəməyəcəyi təqdirdə onun erotik videolarını paylaşacağını bildirib.  

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …