Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Vidadi Zeynalovun səhhətində problem yaranıb

Vidadi Zeynalovun səhhətində problem yaranıb

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun səhhətində problem yaranıb”

Bunu APA-ya Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deyib. O bildirib ki, V. Zeynalovla dünən görüşüb: “O, bel ağrılarından əziyyət çəkir və müayinə olunmaq istəyir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın