Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Vasif Məhərrəmlini dinləmirəm, onun ifasını bəyənmirəm” – Video

“Vasif Məhərrəmlini dinləmirəm, onun ifasını bəyənmirəm” – Video

Müğənni Talıb Tale Əməkdar artist Vasif Məhərrəmlinin tənqidlərinə cavab verib. 

İfaçı bu haqda ARB telekanalında yayımlanan “Show news” verilişinə danışıb. 

T.Tale Vasifin səsini bəyənmədiyini bildirib: “Tənqidlərə cavab vermirəm. Vaxt sərf etmək, əsəblərimi korlamaq istəmirəm. Başa düşürəm o insanların psixoloji durumunu. Çox şeylər var ki, dərinə getmək istəmirəm. Mənə görə iş görürsənsə, qalmaqala ehtiyac yoxdur. Onsuz da kütlə üçün maraqlısansa, sənin haqqında danışılır. Bəzilərinin fikrində bayağı müğənni kimi qalmışam, bilmirəm nəyə əsasən. “Onu tanımıram” deyənlər qərəzli fikir söyləyənlərdir. Baxıram ki, şou-biznesdə nə atışmalar gedir, mən qatılmıram. Birini o deyir, birini sən deyirsən, məsələ uzanır. Heç mən də Vasif Məhərrəmlini dinləmirəm. Zövqə qalsa, onun səs tembrini, ifasını bəyənmirəm. Burada nə var ki? Dinləmir, əcəb edir. Sərt də cavab verə bilərəm, amma sərt cavab verməli bir şey yoxdur. Ona deyim ki, niyə dinləmirsən? Mən də çox insanı dinləmirəm. İnsan öz üzərində çalışıb özünü püxtələşdirə bilər. Mən də bəzən köhnə ifalarıma baxıram, bəzilərini heç özüm də bəyənmirəm, amma gərək təmiz deyəsən. Bir nəfərin üstünə bir dəfəlik qılınc qoymaq da düzgün deyil”. 

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …