Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Vəhşicəsinə döyülərək küçəyə atılan azyaşlının valideynləri tapıldı

Vəhşicəsinə döyülərək küçəyə atılan azyaşlının valideynləri tapıldı

Nərimanov rayonu 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilən 4 yaşlı uşağın valideynləri tapılıb. Bu barədə virtualaz.org birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşaq vəhşicəsinə döyülüb, qollarında və başında yara izləri var. “Uşağın valideynləri azyaşlının axtarışa verildiyini deyib. Amma psixoloqun və birlik əməkdaşlarının uşaqla söhbətindən məlum olur ki, azyaşlı küçələrdə yaşayır. Uşaq “əmilər” tərəfindən döyüldüyünü deyir. Güman edirik ki, əmi dediyi adamlar valideynlərinin tanışıdır. Araşdırmalar bitənə qədər valideynlərinin uşaqla görüşünün məhdudlaşdırılması üçün rayon icra hakimiyyətinə müraciət edəcəyik. Çünki uşağın vəziyyəti çox ağırdır”, – K.Ağazadə əlavə edib.

Azyaşlı hazırda sığınacaqdadır, bu gün tibbi müayinədən keçiriləcək. Qeyd edək ki, polis azyaşlını Nərimanov rayonunun ərazisində tapıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın