Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Şou Biznes / Universitetə qəbul üçün bir illik hazırlıq qrupları təhsilimizə nə vəd edir? – Açıqlama

Universitetə qəbul üçün bir illik hazırlıq qrupları təhsilimizə nə vəd edir? – Açıqlama

Milli Məclisin iyunun 13-də keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” qanuna edilən dəyişikliklər ictimaiyyətdə müzakirəyə səbəb olub.

Məlumat üçün bildirək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin sözlərinə görə, qanuna təklif edilən dəyişiklik ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.
Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçiriləcək buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Bildirilib ki, məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Lakin bəzi ekspertlər eləcə də deputatlar bu dəyişikliyi birmənalı qarşılamayıblar. Bildirilir ki, əhalinin sayı ilə müqayisədə Azərbaycanda tələbələrin sayının az olması əsas vermir ki, keyfiyyətsiz mütəxəssis hazırlığı həyata keçirilsin.

Bəs bir il müddətində ali məktəbə qəbul olmaq mümkündürmü?

Təhsil eksperti Məlahət Mürşüdlü “Yeni Müsavat”a açıqlamasında söyləyib ki, bu cür şəxsləri heç də savadsız adlandırmaq olmaz:

Image result for Məlahət Mürşüdlü

“Bu hazırlıq qrupları lazım olan balı yığa bilmədiyi üçün ali məktəbə qəbul olmayanlar üçündür. Əsas məqsəd deyildiyi kimi xaricə axının qarşısının alınmasıdır. Kurslar universitetlərin nəzdində təşkil olunacaq. Bir il hazırlığa gələnlərin materialı mənimsəməyi məsələsinə gəlincə isə nəzərə almaq lazımdır ki, bu qruplar hər kəs üçün nəzərdə tutulmayıb. Məlumata görə, qəbul imtahanlarında 400 baldan aşağı toplayanlar burada iştirak etmək hüququndan məhrumdurlar. 400 baldan yuxarı toplayıb, istədiyi ixtisasa qəbul ola bilməyən tələbələr isə hesab edirəm ki, müəyyən baza biliyinə sahibdirlər. Düşünürəm ki, bir ilin içərisində oxumaqdan asılı olaraq, onlar istədikləri nəticəni əldə edə bilərlər. Ancaq bu qərara uyğun olaraq yerinə yetirilmə mexanizmini də özündə ehtiva edən təlimat hazırlanmalıdır. Bu təlimatdan isə çox şey asılıdır ki, tələbə olmaq istəyənlərə kimlər dərs deyəcəyi, kursların neçə saat hansı fənlər üzrə olması kimi məsələlər hələ ki, açıq qalıb. Gələcək göstərəcək ki, tələbələr bu proqramı yerinə yetirə biləcəklər, yoxsa yox”.

Ekspert bildirib ki, sovet dönəmində də belə bir praktika olub:

“Lakin həmin kurslar pulsuz idi və institutların müəllimləri onları hazırlayırdılar. Forma olaraq belə bir sistemi qəbul edirəm. Çünki bu, gənclər qarşısında yeni imkanlar açır və tələbə olmaları üçün daha bir şans verir. Eyni zamanda bu onların xaricə axınının da qarşısını alacaq. Hesab etmirəm ki, hazırlıq kursunu bitirənlər savadsız olsunlar. Oxuyan üçün biliyinin üstünə bilik gələcək. Hər halda 400 baldan yuxarı toplayanlara savadsız demək olmaz. İndilik üçün belə deyirlər ki, 400 baldan aşağı nəticə göstərənləri qəbul etməyəcəklər. Kursun sonunda isə bu şəxslər imtahan verəcəklər. Ancaq sonra söylənənlərin əksi baş verərsə, o, başqa məsələdir. Bir məsələni də deyim ki, imtahanın testlə, yoxsa digər formalarda olacağı da hələ ki bəlli deyil”.

Eyni zamanda “Təhsil haqqında” qanuna edilən dəyişikliklərin ali məktəbə qəbul ola bilməyən oğlan uşaqlarının hərbi xidmətə möhlət hüququ məsələsinə müsbət təsir edəcəyi bildirilir. Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu dəyişiklik ali məktəbə qəbul olmayan oğlan uşaqlarına 1 il ərzində xidmətdən möhlət hüququ qazandıracaq:

“Əslində, çox gözəl bir addımdır və həqiqətən də gənclərimiz nə qədər savadlı, bilikli olsalar, Silahlı Qüvvələrdə xidmətə başlayanda da, xidmət keçəndə də həm özləri üçün, həm də komandir və rəis heyəti üçün onlarla qarşıya qoyulan tapşırıqları yerinə yetirmək daha rahat, daha asan başa gəlir. Amma bu yeniliyin qəbul olunması ortaya xeyli çətinlik və problemlər çıxaracaq”.

Həmçinin onu da qeyd edək ki, bu ildən ali məktəblərdə 1 və ya 2 akademik borcu olan oğlan tələbələrin hərbi xidmətlə bağlı yaranan problemləri həll olunacaq. Bu barədə iyunun 16-da Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev məlumat verib. O bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar həmin borcu hərbi xidmətdən sonra vermək məcburiyyətində qalırdı.

Onun sözlərinə görə, artıq oğlan tələbələr yeni qaydalara əsasən imtahan sessiyası başa çatandan sonra 1-2 fənn üzrə akademik borcunu ödəyib əsgərliyə gedə biləcəklər. Söhbət yalnız 1-2 fənn üzrə akademik borcdan gedir.

Həmçinin oxuyun

Əlixan toyundan 4 ay sonra boşandı

Tanınmış aktyor Əlixan Rəcəbov həyat yoldaşı İlona Tamiyevadan ayrılıb. “ Azinforum.az ” axşam.az-a istinadən xəbər …

Bir cavab yazın