Bazar , Yanvar 17 2021
Ana səhifə / Şou Biznes / Türkiyə KİV-ləri Azərbaycanın zəngin balaları haqda: pul vannasında üzəni də var…

Türkiyə KİV-ləri Azərbaycanın zəngin balaları haqda: pul vannasında üzəni də var…

Türkiyənin internethaber.com saytı Azərbaycan zənginlərinin övladlarının  İnstagram sosial şəbəkəsində paylaşdıqları və onların ultra-lüks həyat tərzini nümayiş etdirən fotoşəkillərdən bir qismini toplayıb yayıb.

Belə ki, fotolarda əsasən zəngin qızlarını görmək olur, onların arasında VİP-vertolyotda uçanı da var, yataq otağında qalaq-qalaq dolların arasında uzanıb selfie çəkdirəni də. Fotolardan birində isə cakuziyə hansı ölkənin valyutası olduğu dəqiq seçilməyən 20-lik kupyurlardan ibarət bağlamaları doldurub içində “üzən” gənc yer alır.

Habelə sayt “Bentley” avtomobilinin sükanı arxasında olan gənc qızı, hansısa otelin hovuzunun sahilində şezlonqda uzanmış çimərlik geyimli xanımı və digərlərini də “İntagram-ın zəngin Azərbaycan cocukları” qismində təqdim edib. (Virtualaz.org)

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın