Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / “Texnikabank”ın MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

“Texnikabank”ın MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Xudafərin Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Əliyev Sənan Sədi oğluna qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, “Texnikabank” ASC “Xudafərin Tikinti Quraşdırma” MMC və Əliyev Sənan Sədi oğlunu məhkəməyə verib. Suraxanı Rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “Texnikabank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank”ın bank lisenziyası ləğv edilib.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın