Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Televiziya rəhbəri Firuzə İbadova ilə evlənmək istəyirmiş

Televiziya rəhbəri Firuzə İbadova ilə evlənmək istəyirmiş

“İllər əvvəl televiziya rəhbərlərindən biri məni sevirdi, evlənmək istədi. Gənc idim, ulduz kimi parıldayan vaxtlarım idi. Tez-tez başqa şəhərlərə qastrol səfərinə gedirdik. Ailəsi də məni sevdiyini bilirdi. Bacısı mənə dedi ki, elçi gələk. Amma sənəti seçdim, imtina etdim. Sənətimin Leylisiyəm, sevgilim səhnədir”.
Bu sözləri Əməkdar artist Firuzə İbadova “Onun sirri” proqramında deyib. Müğənni proqram zamanı həyatı ilə bağlı etiraflar edib.
F.İbadova duet ortağı Cavanşir Məmmədovun ondan küsməsindən danışıb:
“Yeni il çəkilişinə gedirdik. Cavanşir müəllim tıxacda qalıb gecikmişdi. Salon bağlanırdı, dedilər sizi çəkək. Oxudum, sonda Cavanşir müəllim gəldi. Məndən incidi, danışdırmadı”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …