Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Tanınmış aktyor əməliyyat keçirib – “Anam bir böyrəyini mənə verdi”

Tanınmış aktyor əməliyyat keçirib – “Anam bir böyrəyini mənə verdi”

“Ancaq yaxın dostlarım bilirdi ki, mən böyrək çatızmazlığından əziyyət çəkirdim. Ötən il xəstəlik daha da kəskinləşdi və mənə böyrəkköçürmə əməliyyatı etdilər”.

Bu sözləri aktyor Azər Baxşəliyev “Xəzər TV”yə açıqlmasında deyib. O, ötən il keçirtdiyi ağır əməliyyatdan bəhs edib:
“Donor qismində isə öz böyrəyinin birini mənə anam verdi. Mənə elə gəlir ki, bu, bir ananın övladı üçün canından belə keçməyə hazır olmağının bariz nümunəsidir. Kimsə anası haqda danışanda deyir, “məni dünyaya gətirən anam”. Mənim anam isə ikinci dəfə məni dünyaya gətirdi”.

Qeyd edək ki, Azər tamaşaçılara “Bozbash pictures”dəki Ağsaqqal obrazı ilə tanınır. Aktyorun əməliyyatı İranda olmuşdu. /axsam.az/

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …