Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Təkcə Tolikin deyil, o tip verilişlərin hamısı bağlanmalıdır” — Deputat

“Təkcə Tolikin deyil, o tip verilişlərin hamısı bağlanmalıdır” — Deputat

“Təkcə Tolikin deyil, o tip verilişlərin hamısı bağlanmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında VI Milli Məclisin deputatı Tahir Kərimli deyib.
 Deputat qeyd edib ki, küçə mədəniyyətini televiziyaya gətirmək düzgün deyil: 

“Həmin verilişlərdə ağızlarına gələni danışırlar. Nə ədəbi dil normaları, nə əxlaq, nə də tərbiyə gözlənilir. Verilişə çıxanlar da bir-birilərinə  hörmət etmirlər. Elə bilirlər, dövlət siyasəti bundan ibarətdir. Televiziyaların daxilində bədii şuralar fəaliyyət göstərir, amma bu məsələlərə nəzarət zəifdir. Pul qazanmaq istəyi o qədər güclüdür ki… 

Etiraf edək ki, insanlarda da maraq var, elə həvəslə baxırlar ki. İşsiz-gücsüz, qeybəti sevən adamlar həmin verilişlərə baxırlar. Bəzən görürsən, səviyyəsi, tərbiyəsi olmayan bir insan millətə öyüd-nəsihət verir. Hesab edirəm ki, belə verilişlər bağlanmalıdır. Mən o verilişlərə baxmıram, iyrənirəm. Bu cür proqramlarla bağlı dəfələrlə Milli Məclisdə və mətbuatda çıxış etmişəm. Biz bu yolla milləti hara aparırıq? Sovet dövründə televiziyada xanım müğənni oxuyarkən yüngül rəqs etsəydi, boynu-boğazı görünsəydi, aləmi qatardılar bir-birinə… Teleməkan ictimai yerdir, nəzarət olunmalıdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …