Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / Təhsil haqqını küçədə gitara çalmaqla ödəyən tələbə: “Pul qazanmaq üçün…” – FOTOLAR

Təhsil haqqını küçədə gitara çalmaqla ödəyən tələbə: “Pul qazanmaq üçün…” – FOTOLAR

Paytaxtın müxtəlif yerlərində – parklarda, dəniz kənarında, insanların axın etdiyi məkanlarda gənc gitara ifaçılarına rast gəlmək mümkündür. Xarici ölkələrdə ən populyar və gəlir gətirən sənət olan küçə musiqisi Azərbaycanda o qədər də qazanclı sahə sayılmır. Elə küçələrdə çalıb-oxuyan gənc gitaraçılar da çox zaman bu işi qazanc üçün yox, sənət və zövq üçün edirlər. 
Lakin yeni iqtisadi vəziyyət, insanların gəlirlərinin azalması Azərbaycanda da küçə musiqisini aktuallaşdırıb. Artıq gənclər bu peşəyə cüzi gəlir gətirsə belə, qazanc mənbəyi kimi baxırlar.
“Tarqovı”da, insanların ən çox istifadə etdiyi piyada keçidində bir kənarda dayanıb, gitara çalıb, mahnı oxuyan iki gənclə etdiyimiz söhbətdən də belə məlum oldu ki, onları buraya çıxaran sənət eşqi yox, maddi çətinliklər olub.
Qəhrəmanımız Fərid şəhərin mərkəzi küçələrində gitarada ifa etməklə gündəlik çörək pulunu qazanır. İnsanların intensiv hərəkət etdiyi piyada keçidlərində canlı ifası ilə ətrafdakıların diqqətini cəlb edir. Beləcə həm sənətini yaşadır, həm də özünün maddi tələbatını ödəyir.
Tələbə olan Fərid dərsdən sonra – günorta saatlarında mərkəzi küçələrə çıxır və axşam saatlarına kimi gitarada ifa edir. Gitarasının çantasını isə qarşısına qoyur ki, gəlib, keçənlərdən onun ifasını bəyənənlər, insafa gələnlər bu çantanın içinə pul qoysunlar. Biz Fəridlə söhbət etdiyimiz zaman çantanın içində cəmisi 1 manat 20 qəpik var idi.
Fərid bütün bunları ehtiyacı üçün etdiyini deyir: “Litseydə təhsil alıram. Dəfələrlə bir neçə yerə işlə bağlı müraicət etdim. Lakin gündüz dərsdə olduğum üçü mənə görə iş tapılmadı. Maddi vəziyyətimiz yaxşı olmadığından, valideynlərimdən də pul istəyə bilmirəm. Ürəyim istədiyini ala, məktəb xərclərini ödəyə bilmirəm. Bu səbəbdən də dostlarımla birgə şəhərdə gitara çalıb, canlı ifalar edərək, pul qazanırıq. Həvəskar olsam da, bu qazancıma mane olmur. Onlarla mahnım var. Gitara çalmaqla yanaşı, özüm də mahnı oxuyuram. Bu isə ətrafdakıların diqqətini çəkmək üçün yaxşı metoddur. Artıq 2 ildir ki, həvəskar olaraq, bu işlə məşğulam. Gündəlik 15-20 manat pul qazanıram. Ən azından tələbə olduğum üçün ehtiyaclarımı ödəyə bilirəm. Camaatın küçə sənətinə marağı böyükdür. Lakin son vaxtlar camaat musiqiyə biganə yanaşır, bəxşiş verənlərin də sayı azalıb. Yəqin ki, bu da insanların maddi durumu ilə əlaqədardır.  Bahalaşmadan sonra gündəlik  qazancım 5 manatdan artıq olmur”.








Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın