Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sürücülərin nəzərinə: Bu gündən qadağandır

Sürücülərin nəzərinə: Bu gündən qadağandır

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib .

Azəörbaycanda sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatıb.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi – Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Artıq sürücülərə verilən möhlətin müddəti başa çatıb. Yol polisi qanunla istifadəsi qadağan edilmiş pərdə və plyonkalardan istifadə edən sürücülərə qarşı tədbirlər görəcək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın