Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sürücülərin diqqətinə! – VİDEO

Sürücülərin diqqətinə! – VİDEO

İsti yay günlərində bəzi sürücülər avtomobil sərin qalsın deyə kondisioner işlək vəziyyətdə avtomobili park edirlər.
Səbəb kimi isə bunu isti havalarla əlaqələndirilər.
Ekspertlər isə bunun “Yol hərəkəti haqqında” qanunlara zidd olduğunu deyirlər.
Avtomobili işlək vəziyyətdə tərk edən sürücüləri 20 manat cərimə gözləyir.
Avtomobilin kondisioneri işlək halda uzun müddət parklanmış vəziyyətdə saxlanması ekoloji ziyanla yanaşı, xoşagəlməz hallara da səbəb ola bilər. Belə ki, hərəkət etməyən avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılarla yanaşı, avtomobilin içərisində olan şəxslər də dəm qazından zəhərlənə bilər.
Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın