Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Son beş ildə Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub? – Açıqlama

Son beş ildə Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub? – Açıqlama

Ədliyyə Nazirliyi bu ilin 11 ayı ərzində uşaqlara ən çox qoyulan adları açıqlayıb.

Ədliyyə Nazirliyi bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.

Sputnik-in məlumatına görə, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib. Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb. Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn(13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib. Qeyd edək ki, Azərbaycanda uşaqlara qoyulan bu adların böyük əksəriyyəti ərəb mənşəlidir, xüsusilə də İslam dinində müqəddəs sayılan insanların adlarıdır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın