Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / “Saqqalı” varlıq Ağdaşın daha bir kəndinə dadandı

“Saqqalı” varlıq Ağdaşın daha bir kəndinə dadandı

Bir neçə gündür Ağdaş rayonunun Qoşaqovaq kənd sakinlərini qorxu içərisində saxlayan naməlum “saqqallı” varlıqlar rayonun daha bir kəndində görünüblər. Onlar bu gecə rayonun Pirkəkə kəndində evlərə hücum ediblər.

ANS PRESS-ə açıqlama verən kənd icra nümayəndəsi Bəhlul Məmmədov bildirib ki, bu barədə ona gecə saat 03 radələrində kənd sakinləri məlumat veriblər:

“Bir küçənin sakinləri təlaş içərisində idi. Kəndlilərdən biri mənə dedi ki, o həmin şəxsi görüb. Onun sözlərinə görə, həmin şəxs qara paltarlı uzun boylu bir adam olub. Digər bir sakin isə bildirdi ki, həmin şəxs onun həyətinə girib və toyuqlarını daşlayıb. Nəticədə də 4-5 toyuq daş zərbələrindən xəsarət alıb. Toyuqları daşlanan sakinin qonşusu isə həmin şəxsin onun həyətindən keçərək qaçdığını dedi. Mən də ərazidə bir müddət dayandıqdan sonra müvafiq qurumlara məlumat verdim”.

Bəhlül Məmmədov deyir ki, sakinlər həmin adamın çox sürətli qaçdığını, küncə sıxışdırıldıqda isə yoxa çıxdığını deyirlər. Onun sözlərinə görə, naməlum şəxs və ya varlığın həyətinə girdiyi şəxsin qonşusu ötən gün axşam saatlarında Qoşaqovaqdan traktorla gələrkən texnikanın qoşqusunda Pirkəkədəki evinə ot gətirib: “Həmin traktor sürücüsü mənə göstərdi ki, o qoşquya yığdığı otun üstündə sanki kimsə yatıb. Buna görə də həmin hissədə ot yapışıb. Ehtimal edilir ki, həmin şəxs elə məhz Qoşaqovaqdan gəlib. Gecə bütün sakinlər təşviş içərisində idi. Ancaq heç kimə xəsarət yetirilməyib, oğurluq edilməyib”.

ANS PRESS məsələ ilə bağlı kəndin sahə müvəkkili ilə də əlaqə saxlayıb. Murad adlı müvəkkilin cavabı isə belə olub: “Mətbuatın belə şeylərə inanmasını başa düşə bilmirəm. Bu yalan məlumatdır. Belə bir məxluq yoxdur. Başqa da heç nə deyə bilmərəm”.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın