Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Sabiq icra başçılarının ardındakı olayların – Təfərrüatı

Sabiq icra başçılarının ardındakı olayların – Təfərrüatı

Martın 4-dən başlayaraq prezident sərəncamı ilə işindən azad olunmuş rayon icra başçıları barəsində müxtəlif xəbərlər yayılmaqdadır.
Həm efirdə, həm yazılı, həm də elektron mediada vəzifəsindən kənarlaşdırılan icra hakimləri haqda ardıcıl materiallar ictimailəşdirilir.
Niyə reaksiya olmadı?
Onların vəzifədə olduğu dövrdə fəaliyyətini araşdırmayan bəzi KİV-lər indi təftiş etməyə başlayıb, həmin regionların sakinlərinin münasibətini dərc edir, həmin icra başçıları haqda kampaniyanı davam etdirirlər.
Xüsusilə, son həftələr medianın və sosial şəbəkələrin gündəmində Salyanın keçmiş icra başçısı Tahir Kərimovdur.
Onun üç il əvvəl Gül bayramından çəkilmiş fotosu ilə başlanmış müzakirələr vəzifəsindən çıxarılmasından sonra şeypur çalması haqda video və vida günü arxa qapıdan qaçması haqda xəbərlərin yayılması ilə davam etdirildi.
Bəzi xəbər portalları yazır ki, sərəncamın elan olunduğu gün keçirilən tədbirdən sonra T.Kərimov rayon İcra Hakimiyyətinin binasını arxa qapıdan tərk edib və xalqın önünə çıxmayıb.
Bütün bu ittihamlara isə Salyan rayon İcra Hakimiyyətindən indiyə qədər hər hansı reaksiya verilməyib. İcra başçısının müavini (hazırda vəzifəsindədir) Rəşad Cəbrayılovun təşkilatçılığı ilə baş tutan tədbirlərdən sonra mediada yayılan məlumatlara müavin tərəfindən açıqlama gəlməyib.
Halbuki, R.Cəbrayılov tədbirlərin iştirakçısı olub və həm şeypur çalınması, həm T.Kərimovun arxa qapıdan getməsi barədə səslənən iddialara istər şahid, istər RİH-nin rəsmi şəxsi kimi münasibət bildirə bilərdi. Odur ki, son günlər T.Kərimov haqda deyilənlərə mövqe bildirməsi üçün müavini olmuş R.Cəbrayılovla əlaqə saxlamağa cəhd göstərdik.
Gün ərzində onun həm mobil telefonuna, həm iş nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı. Hazırda yeni icra başçısı Sevindik Hətəmovun müavini olan R.Cəbrayılovun mobil telefonu bağlı idi, iş nömrəsini isə qaldıran olmadı.
Hərçənd, sabiq icra hakiminə yönəlik iddialara məhz müavini daha ətraflı və detallı açıqlama verə bilərdi. Amma bu zənglərin nəticəsiz qalmasına görə Salyanın eks-başçısı barədə deyilənləri qeyri-rəsmi mötəbər mənbələrdən araşdırdıq.
Araşdırmalar zamanı məlum olub ki, T.Kərimovun işdən azad olunmasından sonra barəsində hələ də medianın yazması səbəbsiz olmayıb. Mötəbər qaynaqlar onunla “dost” olan bəzi şəxslərin hücuma keçdiyini açıqlayıb.
Kərimova ziyafət
Mənbə qeyd edib ki,T.Kərimov dövlətin siyasətini dəstəklədiyindən, işdən çıxmasına baxmayaraq yenə də dövlətə, prezidentə sadiq olmasını düşünüb yenidən təyinat olacağını hesab edərək əks cinahdakı dostları hücum xəttini tutub. İctimaiyyətlə halalaşan T.Kərimov alqışlarla yola salınıb.
Onun haqda müxtəlif xəbərlər tirajlayan və sosial şəbəkələrdə müzakirəyə çıxaran şəxslər bu addımı məhz gözlənilən təyinatın qarşısını almağa hesablayıb. Eks-başçının yeni vəzifəyə gedən yolunu bağlamağı hədəfləyən anti-Kərimovçular bunan nail olmaq üçün medianın diqqət mərkəzində müxtəlif hadisələri saxlayırlar.
Araşdırmalardan o qənaətə də gəlinib ki, PA rəsmisinin iştirak etdiyi məlum tədbirin yekunundan sonra iştirakçılar T.Kərimovla görüşüb, vidalaşıb, ona uğur arzulayıblar. Sonra rayondakı restoranların birində sabiq icra başçısının şərəfinə ziyafət təşkil olunub, onunla hallaşıb-sağollaşıblar.
Prezidentin onun fəaliyyətindən məmnunluğunu ifadə edən videosu “Youtube” sosial şəbəkəsində var. Həmin kadrlardan görünür ki, prezidentin qəfil Salyana gəlişi və müşahidələrinin yekununda əlini T.Kərimovun çiyninə qoyaraq razılıq etməsi ona olan etimadın hələ də itirilmədiyinə olan nümunədir.
Xüsusilə, Babazanlı körpüsünün tikilməsi əhalinin ən böyük arzularından idi ki, T.Kərimov bu istəyi həyata keçirib.
Qaynaqlar hesab edir ki, bu mənada ölkə rəhbərliyi yenidən T.Kərimova etimad göstərəcək. Bir məqamı da vurğulayaq ki, salyanlılar üçün rahat və firavan həyatı qura, ciddiləşə, gücə çevrilə bilməyən, söz sahibliyinə yiyələnməyən rayon miqyaslı “tayfabaz”lar ancaq bunu edə biliblər ki, başçıya vedrə bağlasınlar.
Bu “artilleriya atəşi”nin dalında isə tayfalarında 20-dən artıq polkovniki, hələ bir neçə də generalı olanlar edir. Belə ki, bəzi saytlarda başçı kim olursa olsun, iqtidarı gözdən salan tutarlı faktlar”la əməlli-başlı “təxribatçı missionerliyi” yapırlar.
Məlumatlara görə, ən çox da başçının Rəşad Cəbrayılov adlı müavini əsas vəsilədir bu proseslərdə. Sayt yazıb ki, salyanlıların kimi başçı istədiyini isə icra başçısının müavini Rəşad Cəbrayılov bilir. Cəhənnəm zəbanisi bu qədər məlum. Bax bu mənada, Sevindik Hətəmova “uğurlar, bəy!” deyirik. Bizdə hələ ki, gedənin dalınca danışırlar. Ki gələn işini bilsin!
Araşdırmalar davam edir.(vizual.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın