Çərşənbə , İyun 19 2019
Ana səhifə / Şou Biznes / “Səviyyən qədər olmayanı, səndən qabağa çəkirlər” – Tanınmış tarzən – VİDEO

“Səviyyən qədər olmayanı, səndən qabağa çəkirlər” – Tanınmış tarzən – VİDEO

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı tarzən Səbuhi Cəfərov olub.

Tarzən çəkdiyi əziyyətin diqqətdən kənar qaldığını bildirib.

“Əziyyət çəkirsən, zəhmət çəkirsən səni diqqətdən kənar qoyurlar. Hansısa sənin səviyyən qədər olmayan insanı, gətirib səndən qabağa çəkirlər. Mənim bu günlərim 49 yaşım var, əgər mən bu gün sənətdə ifaçı kimi fəaliyyət göstərirəmsə, müəllim kimi tələbələrim beynəlxalq müsabiqələrdə öz sözünü deyə bilirlərsə, elmi fəaliyyətimdə gördüyüm işlər, hər bir müəllimin masasında yer tutubsa, artıq bu mənim hansısa mövqedə durmağımdan xəbər verir”.

Səbuhi Cəfərov daha sonra aparıcının “Ömrünüzün hansı fəslindəsiz?” sualını cavablandırıb.

“Çox maraqlı sualdır. Necə ki, yaz fəslində təbiət oyanır, yaradıcı insanların da həyatı daima yaz fəslinə köklənməlidir. Öz yaradıcıllığında oyanışı saxlaya bilməlidir. Təbii ki, hər bir insanın həyatında qış fəsli də olur, amma mən özümü daima çiçəklənən yaz fəslində görürəm”.

 

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın