Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Rusiyalı balerina azərbaycanlı biznesmenə 40 min “atdı” – FOTOLAR

Rusiyalı balerina azərbaycanlı biznesmenə 40 min “atdı” – FOTOLAR

Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkova azərbaycanlı biznesmeni qarət etməkdə günahlandırılır.

AzVision.az Rusiyanın “eg.ru” saytına istinadə xəbər verir ki, bu barədə Rusiyada əyləncələr təşkil edən agentliyin rəhbəri Dmitri Tulyaninov bildirib.

Onun sözlərinə görə, azərbaycanlı biznesmen agentliyə müraciət edərək “Ulduzla şam yeməyi” layihəsi çərçivəsində 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib. Onun bu sifarişi qəbul edilib.

Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib. Biznesmen də razılaşıb və avans ödəyib.

Bundan sonra Anastasiya Voloçkova hoteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.

Biznesmenin sözlərinə görə, onda razılaşma ilə bağlı səs yazısı var. Balerina isə faktı təkzib edib və sadalananları böhtan adlandırıb.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın