Bunu AzNews.az-a açıqlamasında 202 saylı orta məktəbin dünən günorta saatlarından itkin düşdüyü deyilən 11-ci sinif şagirdi N.K.-nın anası İlhamə Kərimova deyib. Onun sözlərinə görə, N.K ali məktəbə hazırlaşdığından dərsdən sonra müəllim yanında olub: “Oradan çıxıb başqa bir müəllimin yanına gedib. Anayam, narahat oldum, polisə müraciət etdim. Sonra baxdıq ki, qızım gəlib. Gecə olduğundan zəng edib polisi narahat etmədim.”

İlhamə Kərimova hazırda qızının evdə olduğunu qeyd edib: “Uşaq evdədir və bununla bağlı polisə məlumat vermişəm.”

Bakının Nərimanov rayon sakini, 1999-cu il təvəllüdlü, 202 saylı orta məktəbin11-ci sinif şagirdi N. K.-nın itkin düşdüyü bildirilib. Bu barədə şagirdin anası hüquq-mühafizə orqanlarına məlumat verib.