Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Qan dövranını sürətləndirən qidalar

Qan dövranını sürətləndirən qidalar

İspanaq: İspanaqda bol miqdarda olan xlorofil, qanı və qaraciyəri təmizləyir, çirkli qanın və toksinlərin atılmasına köməkçi olur. Eyni zamanda zəngin bir C vitamini qaynağı olan ispanaq qan dövranı üçün möhtəşəm bir qidadır.

Xiyar: Antiinflamatuar təsirə sahib, C vitamini baxımından zəngin olan xiyar toksinlərin bədəndən atılmasına köməkçi olur. Ehtiva etdiyi su və lif ilə qan dövranını artırır.

Qırmızı bibər: Yaxşı bir C vitamini qaynağı olan qırmızı bibər, gündəlik C vitamini ehtiyacınızı qarşılayar.

Deyerler.org bildirir ki, antioksidant təsirə malikdir və bədənin su ehtiyacını da dəstəkləyir. Beləcə qan dövranını sürətləndirir.

Qoz: Qan dövranı üçün ən lazımlı qidalardan biri qozdur. O, daşıdığı xüsusi antioksidantlar və omeqa 3 sayəsində qan axınını sürәtlәndirir.

Yulaf: Bədəndəki xolesterol səviyyəsini azaldan yulaf, eyni zamanda antiinflamatuar təsirə malikdir. Qan dövranınızın sürətləndirmək üçün səhərlər bir kasa yulaf yeyin.

Sitrus meyvələri: Limon, portağal, naringi, qreypfrut. Hər biri antiinflamatuar təsirə malikdir. Bədəni təmizləyən sitrus bitkiləri, toksinlərin atılmasına köməkçi olaraq qan dövranını sürətləndirir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın