Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / Qalmaqallı iştirakçı “Maşın”dan getdi – Video

Qalmaqallı iştirakçı “Maşın”dan getdi – Video

Ötən gün “Maşın” realiti şousundan ən qalmaqallı iştirakçı hesab olunan aparıcı Vüsalə Kərimova  gedib. 

“Qafqazinfo” xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan müğənni Talıb Tale  kənarlaşdırıb.

Belə ki, proqramda 4 iştirakçı Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Müğənni tamaşaçılardan səs istəyərək hədəfinin Vüsalə Kərimova olduğunu açıqlayıb.

“Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini- Elşad Xoseni vurdu, məni isə mənəvi cəhətdən yaraladı. Ona görə də hədəfim Vüsalə Kərimovadır”, – deyə T. Tale söyləyib.

O, tamaşaçılardan 63,67 faiz səs toplayaraq Kərimovanı verilişdən uzaqlaşdırıb.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …