Ana səhifə / Kriminal / Bakıda parkomatı sındırdılar: “Samaraya bilet lazımdır”

Bakıda parkomatı sındırdılar: “Samaraya bilet lazımdır”

Paytaxtın Hüseyn Cavid prospektindəki parkomat aparatlarından biri sındırılıb.

Trend-in məlumatına görə, səhər saatlarında bir kişi parkomata yaxınlaşaraq ona yumruq və təpik vurub.

Sərxoş olduğu güman edilən kişi qışqıraraq “Mənə Samaraya bilet lazımdır” deyib.

Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Parkomat aparatı tamamilə yararsız hala düşüb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …