Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Qalib ölkənin xanımı olmaq ən gözəl hədiyyədir” – Fatma Mahmudova

“Qalib ölkənin xanımı olmaq ən gözəl hədiyyədir” – Fatma Mahmudova

“Mənim üçün ən gözəl hədiyyə torpaqlarımızın işğaldan azad olunmasıdır”.

Bunu Azvision.az -a Xalq artisti Fatma Mahmudova 8 Mart Beynəlxalq Qadınlar Günü barədə danışarkən deyb.

Tanınmış aktrisa Ordumuzun şanlı qələbəsini hədiyyə kimi qəbul etdiyini söyləyib:

“Mən Ordumuza, dövlət başçımıza təşəkkür edirəm. Onlar biz xanımlara hədiyyəni aylar öncə ölkəmizə qələbə gətirməklə verdilər. Qalib xalqın, qalib ölkənin xanımı olmaqdan gözəl hədiyyə nə ola bilər ki?! Bu il həyatımızda çox dəyişikliklər baş verdi. Koronavirus kimi bir infeksiya ilə üz-üzə qaldıq, aylardır işə çıxa bilmirik. Amma 44 günlük müharibədəki zəfərimiz bütün kədərimizi, sıxıntımızı arxada qoydu. Mən həmişə dövlətimizdən qayğı, hörmət görmüşəm. Dövlət mənə təqaüd verir ki, bu da mənim xoşbəxtliyimdir. Çünki ayrı güman yerim yoxdur”.

Bundan əlavə, xanım sənətçi yaxın günlərdə koronavirus əleyhinə peyvənd olunacağını vurğulayıb. O, həmçinin vətəndaşları vaksinasiyada iştirak etməyə çağırıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …