Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə şəhərində həlak olanlar və xəsarət alanlarla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, populyar müğənni hücum zamanı həlak olanların və yaralıların olmasından kədərləndiyini bildirib.

“Dualarım qardaş ölkə Azərbaycanla.

Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm.

Qəlbim Azərbaycan xalqı ilə”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …