Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Pərviz Abdullayev “Survivor“a qaytarılacaq? – Video

Pərviz Abdullayev “Survivor“a qaytarılacaq? – Video

Bir neçə gün əvvəl TV8 telekanalında yayımlanan məşhur “Survivor” yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayevin yenidən sözügedən layihəyə qaytarılacağı barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Yarışı tərk etməsinə baxmayaraq koronavirus səbəbiylə “Survivor”un keçirildiyi Dominikandan Bakıya qayıda bilməyən Pərvizin yenidən yarışa qaytarılacağı ilə bağlı iddialara layihənin və telekanalın rəhbəri Acun Ilıcalı cavablandırıb.

Yarışmanın aparıcısı və rəhbəri olan Acun dünən şəxsi “instagram” hesabından canlı yayım edib. Aparıcıya canlı yayım zamanı ünvanlanan sualların çoxu da məhz azərbaycanlı idmançı ilə bağlı olub. Onun yenidən eyni sezonun yarışına qaytarılmayacağı məlum olub. Acun Pərvizin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib. Onun ardınca Pərviz də canlı yayım açaraq bu mövsümlük “Survivor” macərasının onun üçün bitdiyini, lakin, “AllStar” komandasının tərkibində qarşıdakı illərdə sözügedən yarışda daha güclü şəkildə iştirak etmək üçün çalışacağını sözlərinə əlavə edib.  /offsideplus.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …