Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Övlad atanın qolunda can verir, ürəyim dözmür” – Aygün Kazımova

“Övlad atanın qolunda can verir, ürəyim dözmür” – Aygün Kazımova

“Bir gün keçib, həlak olanların sayı isə durmadan artır. Hadisə yerindən olan videoları izləmək çox çətindir”.

Bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yazıb. Türkiyədə baş verən zəlzələdən video yayımlayan müğənni kədərini bu sözlərlə ifadə edib:

“Bu necə dəhşətli mənzərədir… Dağıntılar altından qurtardığı övladı atanın qollarında can verir… Bunları izləməyə ürək dözmür. İlahi, sən özün körpələrə, insanlara kömək ol. Allahdan dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə səbr, güc diləyirəm. Başın sağ olsun, Türkiyə”.

Kazımova videoya Eldar Mansurovun “Keçmiş olsun” mahnısını yerləşdirib.

Qeyd edək ki, sözügedən bəstə 1999-cu ilin avqustunda Türkiyədə baş vermiş zəlzələdə dünyasını dəyişənlərə həsr olunub. Mahnını Xalq artistləri Flora Kərimova, Aygün Kazımova, İlqar Muradov, Səməd Səmədov, Elxan Əhədzadə, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, müğənni Mətanət Əbdülova ifa edib./Axsam.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …