Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Ovçu ərəblər Bakıda- FOTO

Ovçu ərəblər Bakıda- FOTO

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ofisinin meneceri Məhəmməd bin Rəşid Ğdeyyerin Bakı səfəri davam edir.

AzVision.az-ın məlumatına görə, ərəb qonaqlar sosial şəbələrdəki səhifələrində yeni şəkillər paylaşıblar. Şəkillərin aşağı hissəsinə isə ov etməkdən ləzzət aldıqlarını qeyd ediblər. Həmçinin qonaqlar ov şəkillərini də paylaşıblar.

Qeyd edək ki, ötən gün ərəblərin Hacıqabulun Sarısu kəndi ərazisində qanunsuz ov etmələri ilə bağlı xəbər və video yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə billdirilib ki, ölkə qanunlarına müvafiq olaraq Azərbaycan vətəndaşları, o cümlədən də xarici ölkə vətəndaşları qanun çərçivəsində Azərbaycanda ov üçün müəyyən edilmiş ərazilərdə mövsümə uyğun olaraq ov bileti ala bilər: Azərbaycan qanunlarına müvafiq olaraq Azərbaycan ərazisində ovun həyata keçirilməsi ilə bağlı icazə almaq üçün bu günlərdə Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarının nümayəndəsi, “MRG” şirkətinin direktor əvəzi Ceyhun Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Azərbaycan qanunlarına müvafiq müraciət etdiklərinə görə Nazirlik tərəfindən bu məsələyə baxılıb və ov turizmi ilə məşğul olmaları üçün limitə uyğun olaraq 9 nəfər BƏƏ vətəndaşına, Azərbaycanda qəbul edilmiş normalara görə, hər ovçuya 10 ədəd quş ovlanmasına icazə verilməklə ov obyektinə müvafiq ov bileti verilib”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın