Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Oğlum dedi ki, dədən ölə, nənən ölə oxumayacam” – Könül Kərimova – VİDEO

“Oğlum dedi ki, dədən ölə, nənən ölə oxumayacam” – Könül Kərimova – VİDEO

“ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı müğənni Könül Kərimova olub.

Müğənni, övladının yeni evində qəribçilik çəkmədiyini, hətta qızının yoxluğunu hiss etmədiyini söyləibi:

“Ləman hər zaman öz otağına çəkilən, qapalı bir qız idi. Ona hərdən sual verirlər ki, sən necə qalacaqsan, rayon hara, sən hara? Elə özü yaxşı bir cavab verir, deyir ki, burda da dörd divar arasındayam, orda da dörd divar arasında oturmuşdum. Nə fərqi var ki? Qızım rahat həyatı sevən bir insan olmayıb. Qızıma da, oğluma da deyirdim ki, ikinizdən biri gəlin mənimlə harasa gedək. Hərəsi bir bəhanə ilə aradan çıxırdılar. Həmişə də incikliyim onun üstündə olub. Ona görə də qızımın evdə olmamasına alışmışam. Birdən Ləmanın adını çəkəndə, kimsə soruşanda, o zaman dərk edirəm ki, qız evdə yoxdur”.

Açıqlamasında qızının və kürəkəninin bir-birilərini sevib evləndiyini söyləyən müğənni, sonradan qızını məcburi evləndirdiyi şaiyələri yayılıb:

“İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki. Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı. Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi. Bizim uşaqlar qapalı böyüyüblər. Mən rayona hansısa məclisə gedəndə onlar mənimlə getmək istəməyiblər. Bir gün qızımla kürəkənim məclislərin birində üz-üzə gəldilər. Həmin mərasimdən sonra gördüm ki, qızım bir təhərdir”.

Bəziləri buna səbəb kimi Könül xanımın kürəkəninin məclis boyunca gülməməsini əsas gətirsələr də, müğənni onun xarakterinin bu cür olduğunu söylədi:

“Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatta tamam başqa bir insandır”.

Müğənni qızını gəlin köçürdükdən sonraoğluna da toy edəcək deyə, müəyyən sözsöhbətlər yayılmağa başlayıb:

“Kim bu dəqiqə bekardır ki. Hamının könlündə kimsə var. Ancaq hələlik oğlumun evliliyi ilə bağlı real heç nə yoxdur. Zarafatla bir söz deyirəm. Sonra evdə hamı üstümə düşür ki, sən niyə elə dedin? Sonra görürəm ki, haqlıdırlar. İnanın ki, hələ oğlumu evləndirməyi düşünmək belə istəmirəm. O qədər yorğunam ki. O gün biri deyir ki, oğlun Rəşad üçün nə fikirləşirsən? Cavab verirəm ki, heç nə fikirləşmirəm. Mən dincəlmək istəyirəm”.

Əvvəllər oğlunun musiqiyə marağının olduğunu söyləyən sənətçi, onun bu sahədən nə üçün uzaqlaşdığını bildirib:

“Oğlum 5-ci sinifdə oxuyurdu. Forte-piano fakültəsinə qoymuşdum. Düşündüm ki, bəlkə fakültəsini dəyişim, onu ifaçılığa qoyum. Bir gün dedim ki, oxu, qulaq asım. Uşaq başladı oxumağa. Elə gözəl ifa etdi ki, sevindiyimdən gülmək tutdu məni. Uşaq ağlamağa başladı. Dedi ki, belə nə olur olsun, dədən ölə, nənən ölə oxumayacam. Başa sala bilmədim ki, xoşuma gəldiyi üçün güldüm.Bu yaxınlarda dedilər ki, Rəşad gizli-gizli mahnı oxuyur. Səsyazmasını gətirdilər, qulaq asdım, hiss etdim ki, nəsə var”.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …