Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Oğlu Xalq şairinə 60 min dollarlıq abidə qoydurur – Nazirliklə qalmaqal

Oğlu Xalq şairinə 60 min dollarlıq abidə qoydurur – Nazirliklə qalmaqal

Mərhum xalq şairi Zəlimxan Yaqubun büstünün hazırlanması məsələsində Mədəniyyət və Turizm Nazirliyi arasında fikir ayrılığı yaranıb. BakiPost.az-a daxil olan məlumata görə, nazirlik xalq şairinin büstünün qoyulması üçün 10 min dollar vəsait ayırıb. Amma şairin ailəsi həmin məbləğdə qoyulacaq büstü bəyənməyib. Bu səbəbdən ailə üzvləri istədikləri büstün qoyulması üçün şəxsi hesablarından istifadə ediblər. Onlar 60 min dollara dəbdəbəli bir abidə düzəltdiriblər. Hazırda abidənin son tamamlama işləri aparılır. Mərhum şairin oğlu Bəhlul Yaqubov saytımıza büstün hazır olduğunu desə də, nazirliklə yaranan qalmaqalı təkzib edib. Bildirib ki, heç bir narazılıq olmayıb: “Narazılıqla bağlı yayılan məlumatın heç bir əsası yoxdur. Atamın büstü hazırdır. Dekabrın sonlarında qoyulacaq”. Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, bu məsələlərlə başqa qurum məşğul olur. Qeyd edək ki, bu ilin yanvarın 9-da dünyasını dəyişən şair Fəxri Xiyabanda dəfn olunub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın