Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “O səs Türkiyə”də azərbaycanlı qız üstündə dava

“O səs Türkiyə”də azərbaycanlı qız üstündə dava

Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva “O səs Türkiyə” vokal şousunun iştirakçısı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin “Mamma Knows Best” kompozisiyasını səsləndirib.

Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı — Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib.

Şiriyeva seçim etməkdə xeyli çətinlik çəkib. Jüri onun yaraşıqlı olduğu üçün Murad Bozu seçəcəyini iddia ediblər. Ayla isə “bura gələrkən ürəyimdə birini seçmişdim, amma o, sanki məni istəmir” deyincə, münsiflər bir ağızdan, “yox, biz hamımız səni istəyirik” deyə etiraz ediblər. Ayla xeyli tərəddüddən sonra “Delikanlım” mahnısını ifa edərək Yıldız Tilbəni seçdiyini bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …