Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Tağı Əhmədovun 3 milyon manatı ilə bağlı qərar verilmədi

Tağı Əhmədovun 3 milyon manatı ilə bağlı qərar verilmədi

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işində zərərçəkmiş qismində tanınan “Metropoliten”in sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədovun mülki iddiası ilə bağlı qərar açıqanıb.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə T.Əhmədovun mülki iddiası baxılmamış saxlanılıb.

Xatırladaq ki, T.Əhmədov cinayət işində zərərçəkmiş qismində tanınıb. O, məhkəmədə 3 milyon manatlıq mülki iddia qaldırmışdı.

Hökmə əsasən, təqsirləndirilən A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il və O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …