Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “O, qeyri-qanuni yolla işi əleyhimə çevirmək istəyir” – Kamran Həsənli

“O, qeyri-qanuni yolla işi əleyhimə çevirmək istəyir” – Kamran Həsənli

“Samir yenə yalan danışır. Deyir ki, payçının sənədlərini üzə çıxarın. O sənədlər çoxdan istintaqa təqdim olunub. Bildirir ki, səs yazmalarımız var. O səslər montajdır, ekspertiza bunu təsdiq etdi. Orada Antalyaya getməsi və görüşməsi barədə danışdıqları kəsilib. Mən bütöv danışığı diskə yazıb, istintaqa təhvil vermişəm”.

Bu sözləri musavat.com saytına açıqlamasında aparıcı Kamran Həsənli deyib.

O, bildirib ki, artıq hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır: “Onun yalanlarının sonu yoxdur. Biz bilirik ki, bu işin xeyrinə olması üçün pul verib. Əlimizdə faktlar var. Tək məqsədi qeyri-qanuni yolla işi mənim əleyhimə döndərməkdir. Dəllək adlı yeni şahid ortaya çıxmışdı, o, pul ilə tutulub. Bunu da bilirik. Bütün işlərinin, çirkin əməllərinin bizdə faktlarla sübutu var. Yaxın zamanda hamısını açıqlayacağıq. Hətta onun hansı hadisə üstündə döyüldüyünü də qeyd edəcəyik. Mənim adımı, nüfuzumu qaralamaq istədi, amma alınmadı. Çünki bu məsələdə mənim günahım yoxdur. Birlikdə iş qurduq, alınmadı. Ikimiz də zərərçəkmişik. Zərərini məndən almağa çalışır. Amma alınmayacaq. Onun haqqımda yaydığı yalan məlumatlara görə polisə müraciət edəcəyəm”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …