Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Nura Suri insanlardan gileyləndi: “Əclaflıq edirlər“

Nura Suri insanlardan gileyləndi: “Əclaflıq edirlər“

“Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O, insanların haqsızlıq etməsinə üsyan edib:

“Bu həyatda dözə bilmədiyim yalnız haqsızlıqdır. Özümə qarşı o qədər haqsızlıq görmüşəm ki, artıq təəccüblənmirəm. Nə qədər yalan, böhtan, şər, qeybət görmüşəm, eşitmişəm özümə qarşı… Sayı-hesabı yoxdur. Çoxu da yaxşılığım keçən insanlar olub. Baxıram ki, yox, elə rahat yaşamağa davam edirlər. Ətrafımda yaxşı insanlar da az deyil. Nə yaxşı ki, hələ onlar var. Amma buna baxmayaraq, insanlardan bezmişəm.Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır”.

Xanım sənətçi get-gedə insanların robotlaşdığını qeyd edib:

“Hər şey get-gedə mənasını itirir. Hamı robotlaşır, elə mən də. Hissiyyatsız, saxta insanların arasında özümüz də itirik. Bir çürük meyvəni başqa meyvələrin arasına qoysanız, hamısı çürüməyə başlayır. İnsanlar da elədir. Necə qoruyaq özümüzü? Bilmirəm”.

Həmçinin oxuyun

Əməkdar artist qəzəbləndi: “Bunu yazanın əli çürüsün”

“Onu yazan azərbaycanı deyil. Ayıb olsun onu yazana. Adam da qəlbi yaralı olan bir şəxsə …